Soyadına görə futbolçuya qırmızı vərəqə göstərdilər

OXUNUB: 858 İDMAN

Futbol üzrə İngiltərə aşağı liqalarının birində keçirilən "Hemel Hempstead Town” və "East Thurrock” komandaları arasında keçirilən oyun zamanı maraqlı hadisə baş verib.

 Bu barədə jurnalist Olli Beylis öz Twitter hesabında yazıb.

Futbolçuların formalarında yalnız nömrə olduğuna görə hakim onlara xəbərdarlıq etmək üçün adlarını soruşmalı olub. 

Matç zamanı Sançez Uotta xəbərdarlıq etmək istəyən hakim ondan soyadını soruşub. Uottın cavabını isə təhqir kimi qiymətləndirərək ona qırmızı vərəqə göstərib. 27 yaşlı ingilis futbolçunun soyadı "What” (ingilis dilindən "nə” deməkdir).

Sonradan "Hemel Hempstead Tow” klubunun oyunçuları hakimə anlaşılmazlığı başa sala biliblər və Uott meydançaya qayıdıb.

Qarşılaşma "Hemel Hempstead Town” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb./oxu

İcmal.Az

RƏYLƏR