“Soyuqdur, ancaq, bəzi şeyləri qurban verə bilərəm” - Oksana - VİDEO - FOTO

OXUNUB: 704 ŞOU-BİZNES

"Necə ki, bu libasla biz payıza əlvida deyirik, mən də 2017-ci ilin mənimlə bağlı bütün mənfi cəhətlərinə əlvida deyirəm və inşallah 2018-ci ildə hər şey yaxşı olacaq. Bu gözəl libas üçün Şəlalə xanıma halal olsun. İnsan bəzi məqamları qurban verməlidir də. Ola bilsin ki, soyuqdur, ancaq mən normal şəkildə dayanıb sizinlə danışıram".

İcmal.Az xəbər verir ki, bu sözləri qışda qar qız olmaqdansa payızda elə "Payız mələyi" olmağı üstün tutan rəqqasə Oksana Rəsulova "ARB Ulduz"un "Virtual həyat" proqramına açıqlaması zamanı deyib.

Üç növ ağacdan yarpaq toplayıb rəqqasəni "Payız mələyi"nə çevirən modelyer Şəlalə Maqsudova nəticədə belə bir kreativ iş ərəsəyə gətirib:

"Dünən fotoqrafım Arazla bu bağa gəldim. Üç növ ağacdan yarpaq yarpaqlar yığdım. Bu yarpaqları uzun müdət saxlaya bilməzdim. Çünki elə yığılan zaman da hazırlanmalı idi. Ona görə də gecə yatmayıb bu libası hazırladım ki, səhər mütləq fotosessiya olmalıdır. Əks təqdirdə yarpaqlar formasını dəyişə bilərdi. Biz gödəkçədəyik, qalın geyinmişik, amma Oksana soyuqdan üşüyür". 

Oksana Rəsulova ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR