Space TV-nin efirində növbəti BİABIRÇILIQ — "Qanuni oğrular" TƏRİF EDİLDİ (VİDEO)

OXUNUB: 783 GÜNDƏM HADİSƏ

"Space” telekanalının efirində növbəti dəfə ciddi nöqsanlara yol verilib. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu gün "Space” telekanalının efirində yayımlanan "Sevimli mahnı" verilişində Aşıq Mübarizin ifasında bir neçə tanınmış "qanuni oğru" tərif edilib. 


Aşıq Mübariz "Cənub elin oğlanları" mahnısını ifa edən zaman "qanuni oğruları" tərif etməsi aparıcı Mikayıl Gülətdinoğlu tərəfindən də səssiz qarşılanıb. 


Telekanaldan əldə etdiyimiz məlumata görə, "Space” telekanalının prezidenti Vaqif Mustafayev hadisədən xəbər tutan kimi dərhal teleaparıcı Mikayıl Gülətdinoğluna xəbərdarlıq edərək iradını bildirib. 

 

Image result for Space TV Vaqif Mustafyev

 


İcmal.Az

RƏYLƏR