"Space" TV-nin yeni prezidentindən şok addım: ONLARLA İŞÇİ QOVULUR, 100 İŞÇİ İSƏ... (ÖZƏL)

OXUNUB: 715 GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə kanalın keşmiş əməkdaşı Nurlan Cəfəri məluçat verib: "Aldığım məlumata görə, "Space" -in müdiri Müşfıq Hətəmov son bir ayda təqribən 100 işçini öz hesabına iki aylıq məzuniyyətə göndərib. Maliyyə vəziyyətini əsas gətirən kanal prezidenti hətta onlardan bəzilərini məzuniyyətdə ola-ola işə də çağırtdırıb. Öz hesabına məzuniyyətə göndərilən işçilər arasında qanuni məzuniyyət hüququ olan çox sayda işçi də var. İyulun 29-u isə Müşfiq Hətəmov qəfil "Space" radiosuna gələrək təqribən 18 işçinin eyni gündə öz istəyi ilə ərizə yazıb işdən çıxmasını tələb edib. Buna belə əsas gətirib ki, radio avqustun 1-dən "Pro Max" şirkətinə icarə əsasında idarəetməyə verilir. Ərizə yazıb çıxmayanları isə öz əmri ilə çıxardacağını, ixtisara salacağını deyib. Əmək Məcəlləsinin bütün qanunlarını kobud şəkildə pozan M.Hətəmov işçilərin 1 ilə qədər gecikdirilmiş, yığılmış maaşlarını da vermədən işdən çıxarır. Artıq bununla bağlı "Space" kollektivindən kütləvi şəkildə dövlət qurumlarına müraciətlər də edilib. 

Müşfıq Hətəmov ona yaxın çevrəyə bildirib ki, bu addımı atmasının səbəbi müflis olan kanalı işçilərin hesabına vəziyyətdən çıxarmaqdır. 

Bu hələ son deyil. Dəqiqləşdirməm bitsin, gün ərzində kanalla bağlı şok faktları açıqlayacam sizlərə... 

Space kanalının keçmiş əməkdaşı Nurlan Cəfəri..."
7NEWS.az

RƏYLƏR