“SpaceX” fövqəl-ağır raketin mərkəzi blokunun ilk atəş sınaqlarını keçirib – VİDEO

OXUNUB: 934 DÜNYA

Amerikanın "SpaceX” şirkəti "Falcon Heavy” fövqəl-ağır raketin mərkəzi blokunun ilk atəş sınaqlarını keçirib.

İcmal.Az xəbər verir ki, sınaqların videosunu şirkət "Twitter” bloqunda yerləşdirib, bu barədə "Ars Technica” nəşri məlumat yayıb. 

Sınaqlar mayın əvvəlində Makqreqor şəhərinin poliqonunda şirkətə məxsus stendlərin birində baş tutub. Sınaqların birinci mərhələsinin uğurlu olduğu bildirilib.   

"Falcon Heavy”in konstruktiv birinci mərhələsi mərkəzi blokdan və bir cüt yan sürətləndiricidən ibarətdir. Aşağı dayaq orbiti 63,8 ton yük götürməyə qadirdir. 

Hazırda dünyada yalnız ABŞ-da fövqəl-ağır raketlərin yaradılması layihələri daşıyıcılar mərhələsinə çatıb. 2019-cu ildə "Boeing” şirkəti tərəfindən SLS (Space Launch System versiyadan asılı olaraq aşağı dayaq orbitinə 70-dən 129 tona qədər yük götürə biləcək) daşıyıcısının sınaqları planlaşdırılıb. 

 

İcmal.Az

RƏYLƏR