SpaceX-in kosmosa yük uçuşu təxirə salınıb

OXUNUB: 549 Özəl Texnologiya DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın kosmik nəqliyyat şirkəti SpaceX tərəfindən bu gün Beynəlxalq Kosmik Stansiyaya (BKS) planlaşdırılan CRS-25 adlı Cargo uçuşu texniki nasazlıq səbəbindən ləğv edilib. NASA-nın araşdırmaları üçün ISS-ə avadanlığı aparması gözlənilən və Falcon 9 raketi ilə İSS-ə getməsi planlaşdırılan Dragon kapsulu son texniki yoxlamalardan keçməyib. SpaceX tərəfindən edilən açıqlamada texniki problemin kosmik gəminin orbitə girməsinə və manevr etməsinə imkan verən mühərriklə əlaqəli olduğu, NASA və SpaceX-in isə yeni buraxılış üçün 28 iyunu hədəf aldığı bildirildi.

İcmal.az

RƏYLƏR