“Sputnik-Azərbaycan”dan Xocalı soyqırımına həqarət - ARAŞDIRMA

OXUNUB: 702 SİYASƏT TƏHLİL
XX əsrdə Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli soyqırımlardan biri Xocalı qətliamı haqqında həqiqətlər dünyaya yaxşı məlumdur. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev bəşəriyyətə qarşı yönəlmiş bu cinayət barədə bütün yüksək kürsülərdən beynəlxalq ictimaiyyəti məlumatlandırmış və bu istiqamətdə maarifləndirmə işinin aparılması dövlət siyasətinin prioritetinə çevirmişlər. Leyla Əliyevanın başladığı "Xocalıya Ədalət” kampaniyası çərçivəsində xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün sistemli fəaliyyət göstərilmiş və bu böyük miqyaslı iş davam etməkdədir. 

Amma dövlətin apardığı bütün bu işlər dünya bir tərəfə elə Azərbaycanın özündə sərbəst fəaliyyət göstərmənin komfortunu yaşayan bəzi platformalara ya çatmamış, ya da özlərini görməzliyə vurmaqda davam edirlər. Bunun bariz nümunəsi erməni şovinisti Marqarita Simonyanın baş redaktoru olduğu "Sputnik” agentliyinin Azərbaycandakı uzantısıdr. Məsələ ondadır ki "Sputnik” tək özünü görməzliyə vurmur, həm də Xocalı həqiqətləri ilə bağlı faktları təhrif etməkdən belə çəkinmir. Bütün parametrlərdən erməni "Spunik”inə uduzan Azərbaycandakı filial, yeri gəlmişkən onun da rəhbəri Əziz Əliyev adlı Türkmənistan ermənisidir – bu il Xocalı soyqırımı ilə bağlı hazırladıqları infoqrafika materialında milli faciəmizi öz interpretasiyalarına uyğun yumşaq desək, "redaktə etmişlər”. Bunu müəyyənləşdirmək uzağa getməyə ehtiyac yoxdu, Sputnikin Azərbaycan və rus dillərində verilmiş keçən ilki və builki Xocalı infoqrafikasını müqayisə edəndə hər şey aydın olur. 

1-ci şəkil keçən ilki materialdı, göründüyü kimi onun sərlövhəsində "Xocalı soyqırımı” ifadəsi yazılıb, bu il təqdim olunan infoqrafikada isə (2-ci şəkil) "soyqırım” sözü "faciə” ilə əvəz olunub. Niyə? 1-ci şəkildə SSRİ-nin 366-cı motoatıcı diviziyasının bu qətliamda iştirak etdiyi göstərilib, bu il isə həmin cümlə ümumiyyətlə çıxarılıb. Sanki ermənilər 366-ci hərbi hissənin başkəsənlərinin deyil yad planetlilərin köməyi ilə bütöv bir şəhəri yer üzündən siliblər. Niyə? 

Görəsən, Sputnik dünyaya Azərbaycanın hansı həqiqətlərini çatdırır? Keçək sualların cavabına. Keçən ildən fərqli olaraq bu il Xocalı ilə bağlı infoqrafika materialı təsdiq üçün Moskvaya göndərilib və bu dəfə Simonyanın sağ əli hesab olunan Armen Kasparyanın qayçısı işə düşüb. Xatırladaq ki, terrorçu Nijdeyə xəstə simpatiyasını gizlətməyən Armen bu yaxınlarda Robert Koçaryandan götürdüyü müsahibə ilə Azərbaycanın gündəminə gəlmişdi. Həmin müsahibədə o jurnalist kimi yox, ucuz təbliğatçı kimi çıxış edərək anti-Azərbaycan mövqeyini gizlətməmişdi. Armen Kasparyan soyqırımı sözünü "faciə” ilə əvəzləmiş, hələ bir az da qabağa gedərək 366-cı diviziyanın adını çıxardır. 

"Sputnik”in azərbaycanlı redaktorları Simonyanın dəstəsinin belə kobud müdaxiləsindən sonra infoqrafikanı sayta yükləməkdən imtina etmişdilər. Şef redaktor Əziz Əliyev (o, həm də filialın rəhbəri funksiyasını yerinə yetirir) infoqrafikanın Bakıdan yox Moskvadan sayta yüklənməsinə nail olur. Bakı ofisinin işçilər buna etirazlarını bildirdikdə isə materialın tezliklə saytdan silinəcəyini bəhanə edib. Reallıq isə odur ki, sözügedən materiallar hələ də Sputnikin saytındadır və hər iki dildə.          

Ümumiyyətlə, Sputnik-Azərbaycan bu il Xocalı qətliamı ilə bağlı heç bir redaksiya yazısı ilə çıxış etməyib, heç dövlət başçısının 4 saatlıq xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında soyqırımla bağlı dediyi fikirlər belə verilməyib. Simonyanın platformasından bundan savayı nə gözləyəsən? 

7NEWS.az araşdırma qrupu
Нет описания.
 
Нет описания.
Нет описания.

RƏYLƏR