Srebrenitsa Anaları: Xocalı qurbanlarının yaşadıqlarını çox yaxşı anlayırıq

OXUNUB: 341 Özəl SOSİAL
Bu gün Srebrenitsa Analar Cəmiyyətinin nümayəndələri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində olublar.

Agentlikdən 7News.Az-a verilən xəbərə görə, görüşdə icraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Zaur İbrahimli, icraçı direktorun müavini Emil Çaparlı, Beynəlxalq əlaqələr üzrə məsləhətçi Toğrul Məmmədli və Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.
İcraçı direktor Aygün Əliyeva qonaqları salamlayaraq Ermənistanın Xocalıda törətmiş olduğu soyqırımı hadisəsinin 30 illiyi ərəfəsində baş tutan görüşün əhəmiyyətini qeyd edib.
 
7News.Az

RƏYLƏR