Stallonenin təcavüzü ilə bağlı iş prokurorluğa göndərilib

OXUNUB: 594 DÜNYA

Los-Anceles Prokurorluğu Amerika aktyoru Silvestr Stallonenin təcavüzü işinə baxır.

Bu barədə "Hollywood Reporter" məlumat yayıb.

Ədliyyə idarəsinin rəsmisi Qreq Rislinq bildirib ki, Santa-Moniko şəhərinin polisi Stallonenin işini çərşənbə günü prokurorluğa göndərib.

Ötən ilin dekabrında TMZ nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, Hollivud aktyoru Silvestr Stalloneni 30 il əvvəlki zorakılıqda ittiham edən qadın Santa-Moniko şəhərinin polisinə şikayət ərizəsi ilə müraciət edib.

Bildirilirdi ki, polis təhqiqat aparır və sonra işdə cinayət tərkibi üçün sübutların olub-olmadığını müəyyən etmək məqsədilə işi prokurorluğa göndərəcək.

Stallone təcavüzlə bağlı ittihamı rədd edib. /report

 

İcmal.Az

RƏYLƏR