STAR neft emalı zavodunun məhsulları bu tarixdə satışa çıxarılacaq

OXUNUB: 56 İQTİSADİYYAT

Gələn ilin sentyabr ayında SOCAR-ın Türkiyədə yerləşən STAR neft emalı zavodunda istehsal edilən neft məhsulları ilə dolu ilk tankeri yüklənərək, satışa çıxarılacaq.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu "SOCAR Turkey Enerji” şirkətinin Əməliyyat üzrə baş direktoru Emin Eminov  Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017”-nin ikinci günündə bildirib.

Onun sözlərinə görə, zavodun tikintisinin 90%-dən çoxu yerinə yetirilib: "Bu ilin sonunda zavod layihə gücünə çatacaq və tam gücü ilə fəaliyyətə başlayacaq. Gələn ilin avqustunda ilk istehsal başlanılacaq və sentyabr 20-də kommersiya satışlarına start veriləcək. Bu da simvolik olaraq Azərbaycanda neftçilər günü ilə üst-üstə düşəcək”.

E.Eminov bildirib ki, zavod tam gücü ilə işləməyə başladıqdan sonra zavodda 750 nəfər işçi çalışacaq.

İcmal.Az

RƏYLƏR