“STAR Rafineri”: "İş yerindəki həkimin ilkin müşahidəsi zamanı hansısa zəhərlənmə əlamətinə rast gəlinməyib"

OXUNUB: 863 İQTİSADİYYAT

İzmirin Əliağa bölgəsində "STAR” Neft Emalı Zavodunun inşaatında çalışan iki podratçı şirkətin 300 nəfər işçisi iyulun 12-13-də mədə bulantısı və ishal şikayəti ilə inşaat ərazisindəki tibb məntəqəsinə müraciət edib.

"Report” xəbər verir ki, bu barədə "Star Refineri”nin açıqlamasında qeyd olunub.

"STAR” zavodunun əsas podratçısı TSGİ şirkətinin məlumatına görə, iş yerindəki həkimin ilkin müşahidəsi zamanı hansısa zəhərlənmə əlamətinə rast gəlinməyib. Yalnız iki nəfər işçi iş yeri həkiminin göstərişi ilə xəstəxanaya aparılıb. 29 nəfər isə öz istəyi ilə Aliağa və Menemen dövlət xəstəxanalarına müraciət edib və onların hamısı evə buraxılıb. Hazırda xəstəxanada müşahidə altında olan işçi yoxdur”,-açıqlamada qeyd olunub.

Qeyd olunub ki, narahatlığın kökünün müəyyən olunması məqsədi ilə ciddi araşdırma prosesinə başlanılıb. "Bu çərçivədə şikayət edən işçilərdən götürülən nümunələrlə yeməkxanadan götürülən qida və su nümunələri laboratoriyalarda araşdırma üçün göndərilib.17 min nəfərin çalışdığı Neft Emalı Zavodunun inşasında bütün proseslər yerli və beynəlxalq normalar çərçivəsində həyata keçirilir, araşdırma və istintaqın nəticələrinə görə lazımi addımlar atılacaq”, - deyə məlumatda qeyd olunub.

 

İcmal.Az

RƏYLƏR