Bakıda həkimin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

OXUNUB: 322 MARAQLI HADİSƏ

 

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı avqustun 2-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə 2015-ci ilin dekabrın 28-də Bakıda baş verib. İ. Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Babək Həsənovu vurub. B. Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən İ. Əliyev barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

 

Hadisə nəticəsində dünyasını dəyişən B. Həsənov Bakıda yerləşən klinikaların birində diş həkimi işləyib.

RƏYLƏR