Stiven Siqal zorlamada ittiham olunur

OXUNUB: 144 DÜNYA

Hollivud aktrisası Regina Simons 90-cı illərin məşhur döyüş filmləri ulduzu, Aykido üzrə 7-ci dan qara kəmər ustası Stiven Siqalı zorlamada ittiham edir.

Bu barədə "People” məlumat yayıb.

Simons Siqalın 1994-cü ildə baş rolda oynadığı "Ölümcül təhlükədə” adlı filmdə epizodik rolda çəkilib.

Aktrisanın sözlərinə görə, insident onun 18 yaşı olan zaman baş verib. Siqal onu çəkilişlərin yekunlaşması münasibətilə evində keçirdiyi şənliyə dəvət edib, ancaq aktrisa evə gəldikdən sonra məlum olub ki, onun yeganə qonağıdır və heç bir şənlikdən söhbət getmir.

Faviola Dadis də aktyoru  cinsi istismarda ittiham edib. Siqalın 2002-ci ildə dinləmələr zamanı ona qarşı əxlaqsız hərəkətlər etdiyini  bildirib. Simons və Dadisin ötən ilin dekabr ayında məşhur aktyordan Los-Anceles polis idarəsinə şikayət etdikləri bildirilir.

İdarənin mətbuat xidmətinin rəhbəri 2005-ci il hadisələri ilə bağlı Siqala qarşı istintaqın aparıldığını diqqətə çatdırıb./oxu

İcmal.Az

RƏYLƏR