STP-də işlər dayandı: Yeni rəisin qaydaları

OXUNUB: 87 Texnologiya index-manşet
Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu ilə istismara verilib.
 
İcmal.Az xəvər verir ki, qısa bir zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda özünəməxsus yer tutan bu müəssisə müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə malikdir.

Əlbəttə, ökədə qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verməklə, bu istehsal kompleksini də məhv etmək üzrədirlər.

Son dövlərdən ictimaiyyət arasında yayılan informasiyalara görə müəssisəyə yeni təyinatlar olub. Təyin olunan şəxslərin də istehsalatdan başı çıxmadığı, yəni mütəxəssis olmadığı deyilir.  Bu günlərdə redaksiyamıza STP-yə yeni idarə rəisi təyin olunan Seymur Hacıyev haqqında maraqlı informasiya daxil olub.     

Banker.az saytı bu yaxınlarda Seymur Hacıyevin STP-nin Baş idarəsinə rəis təyin olunması haqqında xəbər yaymışdı. Avqust ayından vəzifəsinin icrasına başlayıb. Buna qədər isə "Absheron Hotel Group” MMC-nin Satınalma Qrupunun direktoru işləyib. 

Mənbənin verdiyi məlumata görə Seymur Hacıyev vəzifəsinin icrasına başlayan kimi buna qədər işlərin icrası üçün başqa şirkətlərlə bağlanılan bütün müqavilələrin dayandırılması haqqında göstəriş verib. Müəssisənin satınalma işlərində yalnız ona yaxın olan şirkətlərlə əməkdaşlıq etməyi tapşırıb.
Yeni rəisin bu göstərişi müəssisə ilə digər şirkətlər arasında böyük narazılıqların yaranmasına gətirib çıxardıb. Artıq STP-nin sifarişi əsasında xidmət göstərən firmalara yeni rəis haqqında ən yuxarı rəhbərliyə öz etirazlarını bildiriblər və bununla əlaqədar ölçü götürülməsini xahiş ediblər. 
Bu özbaşınalıq səbəbindən hazırda müəssisədə işlər iflic vəziyyətə düşüb. Mexaniki Emal Zavodundan yeni qurulan avadanlıqların tamamlanması yarımçıq qalıb. İşi yerinə yetirən şirkətlə müqaviləyə xitam verilib və görülən iş yarımçıq qalıb. Həmçinin zavodlarda istehsal prosesində gecikmələr yaranıb. Sifarişlərin qarşılanması üçün lazım olan xammal çatışmazlıqları yaranıb. Yeni idarə rəisinin şirkətləri STP-nin ehtiyaclarını qarşılaya bilmir.   
Qeyd edək ki,  2017-ci il əvvəlində bu müəssinin fəaliyyətini daha da inkişaf etdirmək, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük pay sahibi olan texnoparkın problemlərini həll etmək üçün səhmdarların qərarı ilə Ekspressbankın idarə heyətinin sədri Emin Məmmədov STP-yə baş direktor təyin edildi.

Bundan sonra da STP-dən gələn informasiyalar heç də ürək açan olmadı. Baş direktorun bank sektorundan gətirdiyi adamlar müəssisənin problemlərini həll etmək baxımından yararsız kadrlar çıxdılar. Mətbuatda texnoparkda çalışan savadlı kadrlar müxətlif vasitələrlə sıxışdırılaraq işlərindən uzaqlaşdırılması, onların yerinə isə istehsalatla heç bir bağlılığı olmayan insanların təyin edilməsi ilə əlaqələri dəfələrlə informasiyalar yayıldı. Bu proses hələ də davam edir. Növbəti yazılarımızda bu məsələlərə toxunacayıq. Hazırda STP-də yüksək vəzifələr tutan şəxslərin dövlətin qeyri-neft sektorunun inkişafı üçün nəzərdə tutan layihəsinin necə öz məqsədləri üçün istifadə etdiyi haqqında geniş informasiya verəcəyik.
 
İcmal.Az

RƏYLƏR