Su borusunu kəsib oğurladı, həbs edildi

OXUNUB: 453 HADİSƏ

Ağcabədi rayonunda Laçın Sukanal İdarəsinə məxsus boru oğurlanıb.

 Hadisə Ağcabədi rayonunun Taktakörpü ərazisində baş verib.

Laçın rayonunun Kamallı kənd sakini, 1968-ci il təvəllüdlü Nəsibov İnşallah Vəli oğlu Taxtakörpü qəsəbəsi ərazisində Kamallı obasına gedən, Laçın Sukanal İdarəsinə məxsus boru xəttinin bir hissəsini idarənin razılığı olmadan kəsərək xətti yararsız vəziyyətə salıb və yaşadığı fermaya daşıyıb.

Faktla bağlı Laçın rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və hadisədə şübhəli bilinən İ.Nəsibov saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR