Sükanda qaşınması tutan SÜRÜCÜ yaxud QƏZA törədən SÜRÜCÜ - VİDEO

OXUNUB: 807 HADİSƏ
Sentyabrın 11 də Bakıda təhlükəli hərəkətlər edib sürücülərə qəza şəraiti yaradan 90-VH-855 qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin sürücüsünün görüntüləri kameralara düşüb. 

İcmal.Az avtosfer.az-a istinadən xəbər verir ki, Abdulvahab Salamzadə küçəsində 60 km/saat sürət təşkil olunmasına baxmayaraq bu sürücü hərəkət sürətini aşaraq qarşıdakı avtomobili sağdan ötür. Sonra iki zolağın ortasıyla gedib qarşıdakı avtomobillərin arasından keçmək istəyir. Buna imkan yaranmadığını görən intizamsız sürücü qarşıdakı avtomobillə ara məsafəsini pozaraq ona işıq siqnalı ilə xəbərdarlıq edib yoldan çəkilməyi tələb edir. Sürücü bunun əhəmiyyətsiz olduğunu görüb yenidən hərəkət sürətini aşaraq qarşısındakı avtomobili sağdan ötdü. Ötmə etdikdən sonra sol zolağa keçərək həmin sürücünün qarşısında qəfil əyləci sıxıb acığını çıxır.

Yolda bu cür mədəniyyətsizlik yolverilməzdir. Bu cür intizamsılığın axırı ağır yol nəqliyyat hadisələriylə bitir. Amma görünür ki,bu cür hadisələrdən sürücülər bir nəticə çıxarmır. Bu sürücü isə dəfələrdə qayda pozur, təhlükə yaradır, başqalarını saymır və deməli, "avtoş”luq edir...

 
İcmal.Az

RƏYLƏR