Sumqayıt Baş Gömrük İdarəsi rəisinin Çexiyada yaşayış binası üzə çıxdı

OXUNUB: 1097 GÜNDƏM index-manşet HADİSƏ

Müstəqil jurnalist Cavanşir Həsənlinin Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun və oğlunun Çexiyada milyonluq biznes şəbəkəsini aşkarlayaraq sosial şəbəkələrdə paylaşıb.

 

Milyonlarla qiymətləndirilən bu biznes şəbəkəsinin bir gömrük məmurunun hansı qazancla qurduğu bir sual olsa da, əgər belə biznes varsa və gizli deyilsə, niyə onu Azərbaycanda qurmadığı daha bir sualdır.


Cavanşir Həsənli yazır: "Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev necə demişdir? "Gömrükdə rüşvət olarsa, istefa verəcəm”. Səfər Mehdiyevin diqqətinə rüşvət, monopoliya və korrupsiyadan uzaq bir gömrük məmurunun Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzilli kompleksin, 10 dükandan ibarət 850 kv. m. ticarət mərkəzinin və 300 kv. m. restoranın çertyojlarını çatdırmaq istəyirəm. Belə aydan arı, sudan duru generalı olan gömrük şefi heç vaxt istefa verməz. Bilirsiniz o kimdir? Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov. Azərbaycanda gömrük generalı, Çexiyada məşhur biznesmen. Bəlkə Dövlət Gömrük Komitəsinin rəhbəri buna inanmayacaq. Ona görə cənab Həsənovun şirkətinin linkini də əlavə edirəm ki, özü də baxsın: http://hasansons.eu/rajhrad.html".

 

İcmal.Az

RƏYLƏR