Sumqayıtda 51 yaşlı kişi dənizdə batdı

OXUNUB: 744 HADİSƏ

Sumqayıtda 51 yaşlı kişi dənizdə batıb.

İcmal.Az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

 

İcmal.Az

RƏYLƏR