Sumqayıtda 71 yaşlı kişini maşın vurub - FOTO

OXUNUB: 650 HADİSƏ

Sumqayıt şəhərində 71 yaşlı kişini maşın vurub.

Şəhərin "Birinci məhəllə" adlanan nərazisində baş verib.

Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xəlil Məhəmməd oğlu İsayev yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn "Opel" markalı avtomobil tərəfindən vurulub. 

X.İsayev ağır kəllə beyin travması ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Sonradan yaralının vəziyyəti kəskin pisləşdiyindən onu Bakı şəhərindəki Xəstəxanalardan birinə köçürüblər.

Hadisədən sonra sürücü saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az


RƏYLƏR