Sumqayıtda ağır yol qəzası: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

OXUNUB: 1250 HADİSƏ

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Şəhərin 9-cu mikrorayonunda "Hyundai" markalı avtomobillə "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslərin avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitlərini xüsusi avadanlıqların köməkliyi ilə çıxarmaq mümkün olub. Hazırda onların kimliyi müəyyənləşdirilir. Yaralılar isə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, gətirilən şəxslərin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR