Sumqayıtda avtobus qaçırıldı

OXUNUB: 1006 HADİSƏ

Dünən Sumqayıt şəhərində avtobus qaçırılıb. 

İcmal.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhər ərazisindən Əspan Mahmudovun idarə etdiyi "Otoyol M-29” markalı avtobus qaçırılıb. Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib. 

DYP və PPX-nin əməkdaşları tərəfindən avtobusa "saxla” işarəsi verilib, lakin sürücü tabe olmayaraq, hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağları sahəsində saxlanılıb və sürücü - şəhər sakini İlkin İsamayılovla birlikdə 4-cü PB-yə təhvil verilib.

Araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR