Sumqayıtda avtomobil gənc oğlanı vuraraq öldürüb

OXUNUB: 642 HADİSƏ

Sumqayıt şəhərində avtomobil gənc oğlanı vuraraq öldürüb.

Hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Məmməd Xəqani oğlu Balayevi "Opel" markalı avtomobil vurub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra sürücü saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR