Sumqayıtda kuryoz hadisə: oğurluğa gəldi, binanın boru xəttində ilişib qaldı - VİDEO

OXUNUB: 827 HADİSƏ
Sumqayıtda maraqlı hadisə baş verib.
 İnşa olunan hündürmərtəbəli binalardan birində sakin ümumi boru xəttində sıxışıb qalıb. Hadisə 9-cu mikrorayon ərazisində baş verib. Boru xəttinə düşən şəxslə olan dialoqdan belə aydın olur ki, həmin şəxs binaya oğurluq məqsədiylə gəlibmiş. Videoda onun bir neçə evdən oğurluq etdiyi ilə bağlı iddialar da səslənir. Həmçinin bildirilir ki,həmin şəxs ifşa olunacağını hiss edərək boru xəttiylə qaçmağa cəhd edib və onun bu istəyi alınmayıb.

Nəticədə burada sıxışıb qalaraq bina sakinləri tərəfindən yaxalanıb./xeberle.com

 
İcmal.Az

RƏYLƏR