Sumqayıtda Lənkəran sakinləri narkotiklə tutuldu

OXUNUB: 668 AZƏRBAYCAN HADİSƏ
Sumqayıtda keçmiş məhkumlardan narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvəllər məhkum olunmuşlar - M.Cəfərov və Ş.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.

RƏYLƏR