Sumqayıtda qız üstündə qətl — YENİLƏNİB

OXUNUB: 1204 HADİSƏ

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.     

Sumqayıt Şəhər Polis İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, Şəmkir rayonu ərazisində tutulub.

***

Sumqayıt şəhərində qətl törədilib.

Hadisə 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığındakı qamışlıq ərazidə baş verib. Şəxsiyyəti hələlik tam məlum olmayan şəxs Astara sakini, 23 yaşlı Taleh Babazadəni bıçaqlayaraq öldürüb.

Bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.
 
Faktla bağlı cinayət işi açılıb./lent

 

İcmal.Az


RƏYLƏR