Sumqayıtda "Sağlam yaşa" veloyürüşü..

OXUNUB: 1094 İDMAN
Respublika Olimpiya Velosiped Məktəbinin və "Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 9 dekabr 2018-ci il tarixində Sumqayıt şəhərində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş  veliyürüşdə 60-a yaxın gənc pedal çevirib. Yerli əhalinin diqqətini sağlam həyat tərzinə çəkməyi hədəfləmiş velosipedçilər Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və 15 km məsafə qət edərək Nəsimi Parkında yürüşü yekunlaşdırıblar. Bununla onlar gənc və yeniyetmələrə  səmərəli məşğuliyyət və idmanı təbliğ ediblər.
Velosipedçilərin şəhər turu gənclər təşkilatının Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası – 2  adlı layihəsinin açılış tədbiri olaraq təşkil edilmişdir. Növbəti həftələrdə başlayan layihə çərçivəsində Sumqayıtdan olan gənc multiplayerlər üçün təlim təşkil ediləcək. Belə ki, layihəyə cəlb edilmiş ekspertlər 3 gün ərzində gənclərə sağlam həyat tərzini aşılayan, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlara  yiyələnməklərinə yönəlmiş təlim təşkil edəcəklər. Multiplayerlər düzgün rasional qidalanma, tütünün zərərləri, idmanın orqanizmə faydaları, bir çox xəstəliklərin əmələ gəlmə səbəbləri, profilaktika yolları və s. haqqında məlumatlandırılacaqlar. 
Layihənin ikinci fəaliyyəti olaraq multiplayerlər - gənc təlimçilərimiz qazandıqları bilik və bacarıqlarla Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrində 1 ay ərzində təlim və seminarlar keçirəcəklər. Məktəblilər arasında sağlam həyat tərzini müzakirə mövzusuna çevirmək və onların bu mövzunu sərbəst şəkildə və dərindən araşdırmalarına təkan verilecekdir. 

Gənclərlə dəyişikliyə doğru !






RƏYLƏR