Sumqayıtın icra başçısı iş adamlarını hədələyir - Zakir Fərəcovun özbaşınalığı davam edir / Video

OXUNUB: 985 Seçilmiş Önəmli Özəl HADİSƏ
Sumqayıtda iş adamlarının milyonlarla vəsaitinin mənimsənilməsi ilə bağlı ölkə mediasında geniş bəhs olunub. İki ilə yaxındır ki, şəhər icra başçısı Zakir Fərəcovun haqsız təzyiqləri ilə üzləşən onlarla iş adamının müraciətlərinə baxan yoxdur. İcra başçısı haqqını tələb edən insanları polisin əli ilə işgəncələr məruz qoymaqda davam edir. Sumqayıtda haqqını tələb edənlər şəhərdə yaşamaqdan məhrum edilir. Zakir Fərəcov qoçuları və Adil Xudadatov kimi yaxınlarının əli ilə aldatdığı iş adamlarına həmişə vədlər versədə sözünə əməl etməyib. Verdiyi vədləri pozan icra başçısı sahibkarları hədələməkdə davam edir.

 Sumqayıt şəhərinin abadlaşması üçün avadanlıq və tikinti materiallları verən sahibkarlar , eləcə də işlərin icrasını həyata keçirən iş adamları və fəhlələrin bir qismi dəfələrlə Prezident Adminstrasiyası önündə toplaşıblar. Onlar Baş prokurorun və digər səlahiyyət sahiblərinin qəbulunda olublar. Ölkə rəhbərliyi Zakir Fərəcova iş adamlarına olan borcu qaytarmağı tapşırsa da icra başçısı verilən tapşırıqlara məhəl qoymur. 

İş adamları ilə görüş zamanı pulları qaytaracağını bildirsədə bir müddət keçəndən sonra verdiyi sözə əməl etməkdən boyun qaçıran Fərəcovun milyonlarla dövlət vəsaitini mənimsəməsi etirazlara səbəb olub. İcra başçısı Sumqayıt Dənizkənarı Bulvarın yenidən qurulması üçün iş adamlarından aldığı vəsaiti mənimsəyəndən sonra dövlətin ayırdığı vəsaitləri də oğurlamağı bacarıb. Belə ki, iş adamlarının 12 milyon manat borcunu qaytarmaq əvəzinə dövlətin ayırdığı pulu bacısı oğlunun adına açdığı MMC-yə köçürərək "yox" edə bilib. 

İş adamlarının milyonlarla vəsaitini qaytarmaqdan imtina edən icra başçısı onların susması üçün bütün qanunsuz vasitələrə əl atır. "Azər-İnşaat -2009" MMC-nin direktoru Müqayis Verdiyevin həbsi buna misal ola bilər.
Müqayis Verdiyev, Zakir Fərəcovun tapşırığı ilə 2016-cı ilin oktyabrın 7-də Sabunçu rayon ərazisində yerləşən evindən Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Həmin vaxt Realliq.info -da gedən məlumatlarda göstərilirdi ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə həyata keçirilib. 

Çünki, Sumqayıt şəhəri ərazisində inşa edilən Dənizkənarı Bulvar və Sumqayıt şəhərinin girişində həyata keçirilən abadlıq işləri məhz Müqayis Verdiyevin vəsaiti və onun cəlb etdiyi iş adamlarının vəsaiti ilə, həmçinin onların topladığı işçi qüvvəsi tərəfindən həyata keçirilib.
Müqayis Verdiyevin həbs olunması əslində Zakir Fərəcovun hegomonluğunun növbəti nümünəsi sayıla bilər. Sumqayıt Dənizkənarı Bulvarının tikintisini həyata keçirən sahibkarın icra başçısından haqqını tələb etməsi onun 1 ildən artıqdır ki, azadlığını əlindən alıb. Lakin susmağı özünə rəva bilməyən və ədalətin bərqərar olacağına inanan iş adamının icra başçısı tərəfindən zindana salınması dəhşətli olduğu qədər də özbaşınalığın son həddidir. 

Müqayis Verdiyev kimi haqqını tələb edən digər iş adamları da icra başçısının qanunsuz təzyiqləri ilə üz-üzə qalıblar. Onlar Sumqayıt bulvarı üçün xərclədikləri pulları tələb edirlər. Milyonlarla vəsaiti mənimsəyən Zakir Fərəcov isə etirazlara məhəl qoymur və qaydalara sığmayan əməllərini davam etdirir. 

Müqayiş Verdiyevdən başqa Realliq.info zərərçəkmiş 12 iş adamının adlarını və xərclədikləri vəsaiti təqdim edir:

Aydın Abdullayev -119532 manat

İsa Qasımov -136500 manat

Eyvaz Abbasov – 201600 manat

Məhəmməd Əsgərov -176924 manat, 40000 dollar (bayrağın alınması üçün ) 

Çingiz Mansurov -248300 manat

Bilal Piriyev – 98339,50 manat 

Rəşad Abbasov – 35600 manat

Bəxtiyar Əlinağıyev – 10270 manat

Zöhrab Rzayev – 264280 manat

İlham Məmmədov – 297000manat

Elçin Qarayev – 36000 manat

Allahverdiyev Ruslan - 283 000 manat

Sahibkarların da avadanlıqları aldıqları şirkətlərə, eləcə də icra işlərinin yerinə yetirilməsinə görə fəhlələrə borcu yaranıb. Onlar pullarını ala bilmədiyindən fəhlələr və borclular qarşısında çətin vəziyyətə düşüblər. Fəhlələrin əksəriyyəti rayonlardan gəlib işləyib. Kimə müraciət etsələr dərdlərinə əlac edən tapılmır. 
Bir müddət öncə iş adamları birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər.
Həmin video müraciəti diqqətinizə çatdırırıq:



Araşdırmalarımız davam edir.

Sumqayıt İcra Hakimiyyəti isə məsələ ilə bağlı heç bir açıqlama vermir./Realliq.info

 
İcmal.Az

RƏYLƏR