Şura SƏLİS-in e-müşahidə proqramını təqdim edir (Video-təlimat)

OXUNUB: 37 SOSİAL
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi çərçivəsində ilk dəfə olaraq QHT layihələrinin icra və hesabatlılıq vəziyyətinə dair "e-müşahidə” proqramını istifadəyə verib. 
 
Bu xidmət vasitəsi ilə QHT-lərin layihə hesabatlığına ictimai nəzarət təmin edilir, bu sahədə aşkarlıq və şəffaflıq daha da artırılır, layihənin idarə edilməsi və hesabatlıq vəziyyəti ilə bağlı QHT-lərin məsuliyyəti, maliyyə intizamı daha da gücləndirilir. Həmçinin QHT layihələrinin hesabatlığında mümkün subyektiv amillər tam olaraq aradan qaldırılır.
 
"Layihələrin idarəedilməsi qaydalar”ına uyğun olaraq hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:  
Hesabat müqavilə ilə müəyyənləşdirilmiş son təqdim edilmə tarixindən: 
 
15 gündən çox gecikdirildiyi halda QHT-yə rəsmi xəbərdarlıq edilir;
30 gündən çox gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və həmin QHT Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir; 
45 gündən çox gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və həmin QHT 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir;
60 gündən çox gecikdirildiyi halda QHT-yə ayrılmış vəsaitin geri qaytarılması üçün müvafiq hüquqi tədbirlər görülür və həmin QHT 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir.
 
Şuranın e-qht.az elektron xidmətlər portalının "e-müşahidə” bölməsinə daxil olan hər kəs icra edilən layihələrin hesabatlıq vəziyyəti ilə tanış ola biləcək. Hazırlanan videoçarxda proqramdan istifadəyə dair ətraflı və sadə şəkildə izah verilib.
 
 
 


RƏYLƏR