Şuradan QHT-lərə vacib güzəşt

OXUNUB: 162 QHT SOSİAL

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 18 dövlət qurumu ilə birgə elan etdiyi müsabiqəyə layihələrin qəbulu vaxtı uzadılıb.

Turkustan.info xəbər verir ki, bu barədə Şuranın mətbuat katibi Elməddin Behbud açşlıqlamam yayıb.

Açıqlamada deyilir:

Hörmətli QHT rəhbərləri,

Bildiyiniz kimi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci il üçün QHT layihələrinin maliyyələşməsilə bağlı 26 qurumla birgə qrant müsabiqəsi elan edib. 20 noyabr 2019-cu ildə elan edilmiş 18 qurumla birgə keçirilən qrant müsabiqəsi 16 dekabr 2019-cu ildə başa çatır.

8 qurumla birgə keçirilən qrant müsabiqəsi isə 29 noyabr – 30 dekabr 2019-cu il tarixlərini əhatə edir. Bir həftə intervalla elan edilmiş qrant müsabiqələri üzrə layihələrin qəbulunun son tarixi bəzi QHT-lərdə çaşqınlıq yaradıb. Belə ki, yanlış olaraq hər iki müsabiqə üzrə layihə qəbulunun 30 dekabrda başa çatdığını düşünən xeyli sayda QHT var. Qrant müsabiqəsinin son tarixi ilə bağlı anlaşılmazlıqlar səbəbindən bəzi QHT-lərdə layihə sənədlərinin hazırlanmasında müəyyən qədər arxayınçılıq yaranıb.

Bu məsələ ilə bağlı QHT-lərdən Şuraya daxil olan çoxsaylı müraciətləri nəzərə alararaq müxtəlif vaxtlarda elan edilən, ümumilikdə 26 qurumla birgə keçirilən hər iki qrant müsabiqəsi üzrə layihə sənədlərinin qəbulunun 30 dekabr 2019-cu ildə başa çatacağını bildiririk.

Qrant müsabiqələrinin nəticələri 25 fevral 2020-ci ildən sonra elan ediləcək

İcmal.Az

RƏYLƏR