Şuranın dəstəyilə erkən nikahlarla bağlı növbəti tədbir Qobustanda keçirilib

OXUNUB: 476 SOSİAL
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Yeniyetmə və gənclər arasında erkən nikahlara dair monitorinq və sorğunun keçirilməsi, geniş ictimaiyyətin iştirakı ilə sosial aksiyaların təşkili, sosial çarxların hazırlanması və ictimai yayımının həyata keçirilməsi” layihəsinin icrasını davam etdirir.
 
Maarifləndirmə, sosial aksiya, sosial reklam və PR fəaliyyətləri ilə həyata keçiriləcək layihə Beyləqan, Masallı, Şabran və Qobustan rayonlarını əhatə edir. 
 
Növbəti regional maarifləndirici seminar 30-a yaxın rayon ictimaiyyətinin, fəal gənclərin və aidiyyətli qurumların təmsilçilərinin iştirakı ilə Qobustan rayonunda keçirilib. Seminarın açılışında Qobustan rayon İcra Hakimiyyətinin, rayon İH yetkinlik yaşına çatmayan şəxslərlə iş üzrə komissiyanın məsul əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov və ADTGT sədri Asif Əsgərli iştirak ediblər. Seminarda A. Əsgərli və PR xidməti məsulu G. Bağırova tərəfindən layihənin məqsədi, fəaliyyət istiqaməti və region gənclərinə yönələcək maarifləndirici təsiri və bu işin davamlılığı qeyd olunub və tədbirdə iştirak edən təhsil, səhiyyə və digər strukturların əməkdaşları da öz fikir və rəylərini bildiriblər.
 
Seminarda tədbir iştirakçılarının interaktiv müzakirələri də aparılıb və sonda iştirakçılara çap olunan kitabça və digər materiallar təqdim olunub. 
 
İcmal.Az 
 

 

RƏYLƏR