Suraxanı bazarının səhmdarları ona ziyan vurub

OXUNUB: 771 İQTİSADİYYAT

İyunun 30-da, saat 11:00-da "Suraxanı Bazar” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 7 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2017-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatın təsdiq edilməsi, illik dividendin bölünməsi, bazarın balansında olan qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsi nəticəsində səhmdarlar E.Əsədovun, A,Əsədovun və S.Məmmədovanın Cəmiyyətə vurduqları zərərin müzakirə edilməsi və onlar haqqında qərar qəbul olunması, eləcə də digər məsələlər daxildir. /report

 

İcmal.Az

RƏYLƏR