Suraxanı icra başçısının tapşırığı ilə mobil qruplar xüsusi karantin rejimi qaydalarına nəzarəti davam etdirirlər - FOTOLAR

OXUNUB: 878 İQTİSADİYYAT

Suraxanı rayonunda xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə yaradılmış mobil qruplar tərəfindən reydlər davam etdirilir.⠀⠀⠀
Əhalinin sıx toplaşdığı məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində keçirilən reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri izah edilərək, qapalı məkanlarda, xüsusən iaşə obyektlərində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlamaları, karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyyə olunur, eləcə də obyekt sahiblərinə müvafiq göstərişlər verilir.
Qeyd edək ki, sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən inzibati qaydada cərimələnərək onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunur.

RƏYLƏR