Suraxanıda yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

OXUNUB: 925 SOSİAL HADİSƏ

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ağır vəziyyətdə olan yaralı gecə saatlarında "təcili yardım" maşını vasitəsi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.

Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan 51 yaşlı Reyhan Əbülfət qızı Məmmədova dərhal əməliyyat olunub.

Zərərçəkmiş qarın nahiyəsinə ehtiyatsızlıqdan bıçaq batdığını desə də, müayinə zamanı onun bıçaqlandığı məlum olub.

Müəyyən edilib ki, R.Məmmədova Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ailə münaqişəsi zəminində tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR