Suriya ordusuna endirilən aviazərbələrin görüntüsü yayıldı – VİDEO

OXUNUB: 576 DÜNYA

ABŞ-ın "CNN” telekanalı Deyr-əz-Zor şəhərində Suriya hərbi birləşmələrinə və bəzi iddialara görə, "Vaqner” özəl hərbi şirkətinə aid dəstələrə endirilən aviazərbələrin görüntüsünü yayıb.

İcmal.Az xəbər verir ki, kadrlarda hərbi aviasiyanın əvvəl T-72 tankını məhv etdiyini, daha sonra isə yaxınlıqda olan artilleriya silahlarına zərbə endirdiyini görmək olur.

ABŞ hərbçilərinin bəyanatına görə, hava zərbələri "özünümüdafiə” məqsədilə endirilib.

Məhv edilən obyektlərin hər hansı təhlükə yaradıb-yaratmadığı bəlli deyil.

Jurnalistin dediyinə görə, Suriya Demokratik Qüvvələrinin mövqeləri 500 suriyalı hərbçinin hücumuna məruz qalıb. ABŞ hava qüvvələri hücuma keçən yüzlərlə  hərbçini məhv edib, qalanları geri çəkilməli olub.

İcmal.Az

RƏYLƏR