Suriyada daha 15 rusiyalı öldü

OXUNUB: 545 DÜNYA

Suriyanın Deyr Əz-Zor vilayətində, Təbiyə Cəzirə yaşayış məntəqəsində yerləşən silah-sursat anbarının partlaması nəticəsində özəl hərbi şirkətin əməkdaşı olan 15 rusiyalı ölüb.

İcmal.Az "The Guardian” istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

"ÖHŞ-də çalışan 15 rusiyalı silah-sursat anbarında baş vermiş partlayış nəticəsində həlak olub”, - deyə Britaniya qəzeti təşkilatın rəhbəri Rami Abdül Rəhmandan sitat gətirib.

Qeyd olunur ki, arsenal suriyalı hərbçilərin silah-sursat ələ keçirməyə çalışdığı vaxt tələ tipli minanın işə düşməsi nəticəsində partlayıb. 

İcmal.Az

RƏYLƏR