Suriyada Rusiya hərbçiləri ölüb

OXUNUB: 1035 DÜNYA

Müstəgil araşdırmaçıların birliyi olan "Conflict Intelligence Team” (CIT), ABŞ qüvvələrinin fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətinə endirdiyi aviazərbələr nəticəsində ölən Rusiyalı hərbçilərinin adlarını açıqlayıb.

 Rusiyanın Kommersant nəşri xəbər verir ki, ölən hərbçilər Rusiyanın özəl hərbi təşkilatı olan "Vaqnerin ordusu”nun döyüşçüləri olub.  

CIT-in məlumatına əsasən, aviazərbələr nəticəsində Rusiyanın Ryazan şəhərindən olan Aleksey Ladıqin, Stanislav Matveyev və İqor Kosoturov Asbest-dən və Vladimir Loqinov olub.

Təşkilatın məlumatında qeyd olunur ki, Ladıqin və Kosoturov bundan əvvəl Donbas döyüşlərində iştirak edib, Loqinov isə Kazak hərəkatının fəal üzvüdür.

«Другая Россия» ("Digər Rusiya”) hərəkatının həmtəsisçisi Aleksandr Averin isə bildirib ki, ölən hərbçilər arasında Kiril Ananyev də var.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyində həmin gün Deyr əz-Zor-a endirilən aviazərbələr nəticəsində rusiyalı hərbçilərinin ölmədiyini bildirib./oxu

İcmal.Az

RƏYLƏR