Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğradı

OXUNUB: 621 DÜNYA

Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi Suriyanın Hmeymim aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. İ,ki pilot ölüb.

İcmal.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

"Oktyabrın 10-da Su-24 bombardmançı təyyarəsi Hmeymim (Suriya) aerodromundan havaya qalxmağa çalışarkən, uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Təyyarənin heyəti katapult etməyə imkan tapmayıb və həlak olub”, - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyinin hadisə yerindən hesabatına əsasən, qəzaya təyyarənin texniki nasazlığı səbəb olub.

İcmal.Az

RƏYLƏR