Suriyada Rusiyaya məxsus vertolyot vurulub

OXUNUB: 641 DÜNYA

Suriya ərazisində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus vertolyot vurulub.

Bu barədə qondarma Suriya Azad Ordusuna aid olan "Ceyş-əl-İzza" qruplaşmasının yaraqlıları məlumat yayıblar.

İddiaya görə, vertolyot Hama əyalətinin şimalında Amerika istehsalı olan "Tow" tank əleyhinə raket kompleksi ilə vurulub.

Məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb./report

 

İcmal.Az

RƏYLƏR