Sürücü çobanı yaraladı, 57 qoyunu isə öldürdü

OXUNUB: 514 HADİSƏ

DİN-dən İcmal.Az-a verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində -  Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi "Audi" markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. Çobanın sürüsündəki 57 baş qoyun isə tələf olub.

 

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

İcmal.Az

RƏYLƏR