Sürücülər kütləvi şəkildə "avtoxuliqan" adı ilə tutulurlar - QANUN NƏ DEYİR?

OXUNUB: 4578 Seçilmiş Önəmli Özəl TƏHLİL

Son vaxtlar sürücülər bəzi yol polislərinin qanunu düzgün tövsif etmədikləri barədə Avtosfer.az saytına öz şikayətlərini bildirirlər. Bu şikayətlərdən biri sürücülərin haqsız yerə "avtoxuliqan" adıyla tutulmalarıdır. Sürücülər iddia edir ki, onların əməlində avtoxuliqanlıq hərəkəti olmasa da, yol polisləri saxlayaraq sağdan ötdüyünü bildirib protokol tərtib etmədən avtoxuliqan kimi avtomobili cərimə meydançasına aparırlar.

İlk olaraq bildirək ki, polis əməkdaşı sağdan ötməni sadəcə ötmə qaydasının pozulması kimi qiymətləndirərək 40 manat cərimə yazmalıdır. Əgər qanunda deyildiyi kimi, sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozarsa, cəmiyyətə açıqca hörmətsizlik edərsə, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərsə, onda həmin sürücüyə "avtoxuliqan” demək olar. Yəni təkcə hərəkət sürətini aşmağa və ya sağdan ötməyə görə sürücüyə avtoxuliqan demək hüquqa zidd olar.

Sürücü həqiqətən də avtoxuliqanlıq edərsə, bu halda onun avtomobili cərimə meydançasına aparıla bilməz. Çünki İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində avtomobilin hansı hallarda cərimə meydançasına aparılması konkret şəkildə göstərilib. Həmin maddədə avtoxuliqanlığa görə avtomobilin cərimə meydançasına aparılması və sürücünün nəqliyyat vasitəsindən kənarlaşdırılması halı yoxdur. Əgər bu hərəkətə görə avtomobili cərimə meydançasına aparırlarsa deməli, sürücünün hüququnu kobud şəkildə pozurlar.

Əslində isə avtoxuliqanlıq edən sürücünü polis əməkdaşı saxlamalı, ona protokol tərtib edərək sürücülük vəsiqəsini alıb əvəzində nəqliyyat vasitəsini müvəqqəti idarə etməyə görə talon verməlidir. Bundan sonra isə polis əməkdaşı sürücünü avtomobili ilə bərabər sərbəst buraxaraq işi məhkəməyə göndərməlidir./avtosfer.az

7NEWS.az

 


RƏYLƏR