Sürücülərin nəzərinə: Bu gecə prospektdə hərəkət məhdudlaşdırılacaq

OXUNUB: 952 SOSİAL

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00-dan etibarən Xətai  prospektində avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq.

İşlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

İcmal.Az

RƏYLƏR