Sürücülük vəsiqələri ilə bağlı dəyişikliklər – Qərar verildi

OXUNUB: 677 Özəl SOSİAL
"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

7NEWS.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.

Qərarda deyilir:

1. "Sürücülük vəsiqəsinin təsviri” təsdiq edilsin (1 nömrəli əlavə).
 

2. "Sürücülük vəsiqəsinin spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
ilə razılaşdırmaqla təsdiq etsin.

5. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

RƏYLƏR