Şuşa ilə yanaşı digər tarixi yer adları da qorunacaq

OXUNUB: 86 GÜNDƏM SOSİAL
"Azərbaycanda adların qorunmasına nəzarət edilir”.

Bunu bu gün keçirilən iclasda Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli deputat Fəzail Ağamalının sualına cavabında deyib. 

Əli Hüseynli vurğulayıb ki, bir sıra hallarda qanun pozuntuları baş verir, lakin onların qarşısı inzibati qaydada alınır: "Əlbəttə ki, biz bu sahədə Mülki Məcəlləni inkişaf etdirəcəyik. Lakin Şuşa şəhəri haqqında qanuna xüsusi maddənin əlavə edilməsi xüsusi qanun olması ilə bağlıdır. Digər halların isə qarşısını hələlik mövcud qanunvericiliklə almaq mümkündür”. 

Xatırladaq ki, deputat Fəzail Ağamalı Şuşa ilə yanaşı bütün abidələrin, tarixi yer adlarının qorunması və onlardan istifadə ilə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib./qafqazinfo

İcmal.Az

RƏYLƏR