“Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib

OXUNUB: 566 QHT SOSİAL
11 aprel tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.
 
Tədbirdə Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı müsabiqə ilə bağlı məlumat verib. 50-dən çox QHT nümayəndəsinin iştirak etdiyi tədbirdə "Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsində iştirakla bağlı tələblər, Agentliyin QHT-lərdən gözləntiləri, layihələrin təqdim olunma qaydası və müddəti, layihələrin qiymətləndirmə meyarları haqqında məlumatlar iştirakçılara təqdim olunub. Tədbirin sonunda Elnur Bağırlı və Agentliyin Baş mühasibi Ramiz Əliyev qeyri-hökumət təşkilatlarının müsabiqə ilə bağlı suallarını cavablandırıb.
 
İcmal.Az

RƏYLƏR