ŞUŞA, SƏN AZADSAN!

OXUNUB: 812 GÜNDƏM SOSİAL

7NEWS.az xəbər verir ki, 02 iyun 2022-ci il tarixdə 321 nömrəli tam orta məktəb Şuşa ili ilə əlaqədar "Şuşa, sən azadsan!" adlı ədəbi-bədii tədbirə imza atdı. Möhtəşəm tədbir Aşıq Rza Qobustanlı adına mədəniyyət evində keçirildi. Mədəniyyət evi Aşıq Əli Tapdıqoğlunun rəhbərliyi ilə hər zaman böyük tədbirlərə ev sahibliyi edir. 321 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Qaradağ rayon icra hakimiyyətinin, Qaradağ Gənclər evinin nümayəndələri, şəhid məzunumuz Ələddin Xəlilovun valideynləri, Qobustan qəsəbəsinin qaziləri, qonşu məktəbin rəhbərliyi iştirak edirdilər.

321 saylı tam orta məktəbin Hərbi rəhbəri, 44 günlük Vətən müharibəsi iştirakçısı, kapitan Verdiyev Azər Rauf oğlu "Şuşa dünən, bu gün və sabah” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbirin bədii hissəsini hazırlayan Nağılı Lalənin rəhbərliyi ilə 5-ci,7-ci və 8-ci sinif şagirdləri Qarabağa və Şuşaya həsr olunmuş səhnəciklər nümayiş etdirdilər.Gözəl qızlarımız "Şuşanın dağları","Xarı bülbül","Uzundərə","Tərəkəmə"rəqslərini ifa etdilər. Şuşa mahnısını müxtəlif dillərdə səsləndirən 5-ci sini şagirdlərinin ifasini isə qonaqlar çox bəyəndilər. Məktəbin şaqraq səsli şagirdi Hüseynova Xanım "Xudayar" təsnifini və "Azərbaycan" mahnısını xüsusi şövqlə oxudu
Tədbirin sonunda məktəb rəhbəri Hüseynova Könül iştirakçılara və qonaqlara xüsusi təşəkkürünü bildirdi.

7NEWS.az







RƏYLƏR