Şuşada Beynəlxalq Media Forumun açılış mərasimi keçirilib - FOTOLAR

OXUNUB: 655 index-manşet SOSİAL
22 iyul tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumun açılış mərasimi olub. 
Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsidir. 
Beynəlxalq təşkilatların rəsmiləri, yerli media və ictimaiyyət nümayəndələri, dünyanın müxtəlif ölkələrinin media nümayəndələri və ekspertlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümumilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR