Şüşəni sındırıb yol polisinə hücum çəkən şəxs həbs edildi - FOTO

OXUNUB: 865 HADİSƏ
Bakıda sərxoş piyada polislərə hücum çəkərək onlara xəsarət yetirməyə çalışıb. Lakin onun istəyi baş tutmayıb.

İcmal.Az avtosfer.az-a istinadən xəbər verir ki, mayın 25-də, saat 16.15 radələrində Yasamal rayonu, Z.Adıgözəlov küçəsində yaşayan 39 yaşlı Əliyev Fərid İlqar oğlu sərxoş halda Səbayel rayonu, Nizami küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yolun hərəkət hissəsinə çıxıb. Yolda sıxlıq yaradıb sürücüləri və oradan keçənləri qorxutduğu üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onu yoldan çıxarmağa çalışıblar. Bu zaman şüşəni sındırıb yol polislərinə və ətrafdakı insanlara hücum çəkərək xəsarət yetirməyə cəhd göstərən Fərid Əliyev zərərsizləşdirilib və Səbayel rayon 39-cu polis bölməsinə gətirilib. Onun barəsində toplanmış materiallar Səbayel rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Fərid Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini pozduğu üçün 15 gün müddətinə inzibati qaydada həbs edilib.
 
İcmal.Az
Şüşəni sındırıb yol polisinə hücum çəkən şəxs həbs edildi - FOTO

RƏYLƏR