Tacir Şahmalıoğlu: Həmin video yayılmasaydı, fəxri ad alacaqdım

OXUNUB: 43 ŞOU-BİZNES

Müğənni Tacir Şahmaloğlu Ölkə.Az-a müsahibə verib.

O, keçmiş duet ortağı, hazırda həbsdə olan müğənni Fədayə Laçından bəhs edib.

"Fədayə uşaq deyil. Özünü dolandıran, idarə edən insandır. Bu da onun saflığından, uzaqgörənliyi olmadığına görə başına gələn işdir. Sənətçi sənət aləmində olmalıdır. Başqa yerlərə yönələndə nəticə belə olur. Amma onun həbsinə ən çox üzülənlərdən biri mənəm. Onunla dörd il çörək kəsmişik, pul qazanmışıq, ailə dolandırmışıq. Kaş belə olmayaydı. İş elə yerə gəlib dirənib ki... İndi kim Fədayənin yanına gedir ki?! Gedən də ailəsinin yanına gedir”, - deyə o bildirib.

O, fəxri ad ala bilməməsindən də danışıb: "Bu yaxınlarda fəxri ad alacaqdım. Amma erməni ilə duet oxuduğum barədə şayiələr yaydılar. O da məni "vurmaq” üçün idi. Mən də həmin işi Moskvada araşdırdım. Orada yaşayan kürd dostumla bir mahnı oxumuşduq. Onu götürüb paylaşdılar. Dedim ki, səninlə duet oxuduğuma görə mənə problem yaranıb. Video çəkdik və həmin videoda bildirdi ki, mən erməni yox, kürdəm. Əgər məsləhət olacaqsa, dövlət bu adı mənə verəcək. Bilirəm ki, nə vaxtsa fəxri ad alacağam”./oxu

İcmal.Az

RƏYLƏR