Taekvondoçularımızdan bir “qızıl” və bir “gümüş”

OXUNUB: 869 İDMAN

Dünən IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib.

İcmal.Az xəbər verir ki, ilk gündə 3 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar.
 
İdmançılarımızdan Fizam Mehtiyev mübarizəni erkən dayandırsa da, komanda yoldaşları Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.
 
Yaprak Erişə qızıl medalı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

İcmal.Az

RƏYLƏR