Taksi sürücüsü məktəbliləri qəsdən vurub əzdi - DƏHŞƏTLİ REAL GÖRÜNTÜLƏR

OXUNUB: 489 HADİSƏ
Qazla, əyləcin yerini səhv saldığı da ehtimal olunur
Təhlükəsiz şəhər kamerasına düşən bu görüntülər həqiqi bir şok yaşadır. Avtosfer.az xəbər verir ki, hadisə məktəblərdən birinin qarşısında baş verir. VAZ 21 07 markalı, üzərində "taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürür. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə "Mercedes” markalı avtomobil onların qarşısından keçir.

Şagirdlər bir anlıq dayanıb "Mercedes”in keçməsini gözləyirlər. Birdən VAZ 21 07 markalı avtomobil hərəkət edir. Sürətlə uşaqların dayandığı yerə gəlir. Şagirdlərə çırpılaraq onları "Mercedes” markalı avtomobilə sıxır. Ətrafdakılar "07”-ni güc ilə geri çəkilər. Görünür nasazlıq yaranan, yaxud sürücünün əyləc yerinə qazı basdığı vəziyyətdə ölən olmasa da şagirdlər ağır yaralanır.

Qızlardan biri isə iç qanaması ilə xəstəxanaya çatdırılır. Bu dəhşətli görüntüləri təqdim edirik.

Ürəyi zəif olanlar baxmasın.

 

Edit

RƏYLƏR